QAİ: “Etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır”
Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizlerin Azərbaycanı “etnik təmizləmədə” günahlandırmağa cəhd edən və müharibə cinayətlərində əli olan şəxslərin “azad edilməsini tələb edən” bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunub ki, əslində etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır. İcma Klod Vizleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırır.
Azad Mustafayev