QAİ Şarl Mişelin ayrı-seçkiliyə yol verməsi ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Şarl Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib. "Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir" - deyə sənəddə qeyd edilib.
Fərid Mehdiyev