QAİ: "Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır"
Qarabağ separatçılarının “parlament” adlandırdıqları qondarma qurum beynəlxalq təşkilatlara müraciət edib və Azərbaycanın ünvanına böhtan xarakterli fikirlər səsləndirib. Qərbi Azərbaycan İcması Qarabağ ermənilərinin irqçi ideologiyadan, “miatsum” nağıllarından xilas ola bilmədiyini bildirib. "Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır" - deyə, icmadan vurğulanıb.
Vüsalə Cənnətova