QAİ Aİ institutlarını sülh prosesinə mane olmamağa çağırıb
Avropa İttifaqı nümayəndəsi açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağa çalışır. Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb ki, İttifaq Ermənistana yeritdiyi missiyası ilə bağlı qqeyri-konstruktiv davranıb, missiyanın vəzifələri, fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədləri kobud şəkildə pozur. İcma Avropa İttifaqı institutlarını Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırıb.
Vüsalə Cənnətova