Qahirədə Azərbaycanın qələbəsi qeyd edilib
2020-11-18 10:06
Qahirədə Azərbaycanın qələbəsi qeyd edilib. Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza minnətdarlıq ifadə olunub, şəhidlərimizin xatirəsi anılıb. Soydaşlarımız Azərbaycan həqiqətlərinin daha da geniş təbliği üçün yerli mətbuatda, sosial şəbəkələrdə fəallıqlarını artıracaqlarını bildiriblər.
Fərid Mehdiyev