Qadının çantasından pul və sənədlərini oğurlayan keçmiş məhkum saxlanıldı
Bakının Yasamal rayonunda marşrut avtobusunda şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanı oğurlanıb. Cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən, 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev saxlanılıb.
Nərgiz Camalzadə