Qadınlar həbsdə olan ərlərinə narkotik ötürməyə cəhd edib
3 saylı istintaq təcridxanasında olan Mübariz Əvəz oğlu Zülfüqarova arvadı Saatlı sakini Güllü Şükür qızı Həsənova tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman cins şalvarın yan cibində 0,157 qram çətənə bitkisinin toxumları aşkar edilib. Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sərdar Xəlil oğlu Şirinov ilə qısamüddətli görüşə gəlmiş arvadı Tovuz sakini Rəna Fəxrəddin qızı Şirinova tərəfindən gətirilən zənbilin içərisindən isə daxilində danışıq kartı olan mobil telefon aparatı və elektrik qidalandırıcısı aşkarlanıb.