Qadın şahmatçımız Avropa çempionluğunun bir addımlığındadır
Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 9-cu turun oyunları keçirilib. Yarışın lideri Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı ilə heç-heçə oynayıb. Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan Fətəliyevaya karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək.
Fərid Mehdiyev