Qadın şahmatçılarımız Gürcüstanda yoldaşlıq oyununa qatılacaqlar
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. 5 nəfərdən ibarət komanda mart 2-dək yoldaşlıq oyununda iştirak edəcək. Şahmatçılar 5 tur çərçivəsində mübarizə aparacaqlar. Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.
Vüsalə Cənnətova