Qadağan olunmuş silahların torpaqlarımıza vurduğu ziyanla bağlı monitorinqlər aparılır
2021-03-16 16:05
Azad edilən ərazilərimizdə müharibə dövründə qadağan olunmuş silahların torpağa vurduğu ziyanla bağlı monitorinqlər davam etdirilir. İlk olaraq prosesə Zəngilandan başlanılıb. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev onu da bildirib ki, bu mövsümdə ağacəkmə prosesinə də Zəngilandan start verilib, iş bütün ölkə üzrə davam etdiriləcək.
Fərid Mehdiyev