Canlı
Qadağan edilmiş dini ədəbiyyat və disklər aşkarlanıb

Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirilib. Oradan yayılması qanunla qadağan olunan 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audio kaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb.

Ruhəngiz Hacızadə