Qadınlardan ibarət İngiltərə millisi yeni rekordlara imza atıb
2021-12-01 14:12
Qadınlardan ibarət İngiltərə millisi yeni rekordlara imza atıb. Yığma buna 2023-cü il dünya çempionatının seçmə oyununda Latviyanı 20:0 hesabı ilə məğlub etməklə nail olub. Bu, İngiltərə komandalarının tarixinə ən böyük hesablı qələbə kimi düşüb. Hesab həmçinin qadınların dünya çempionatının seçmə turniri üçün də rekord hesab olunur.
Nərgiz camal