Qadına qarşı zor tətbiq etməklə içərisində pul və digər əşyalar olan çantasını oğurlayan şəxs saxlanılıb

2019-01-11 / 12:02

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini olan bir qadın yaşadığı evə piyada gedərkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq edərək içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Ruhəngiz Hacızadə