Canlı
Qadın voleybolçular arasında dünya çempionatında yığmamız C qrupunda mübarizə aparacaq

2017-12-07 / 14:02

Qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. 2018-ci ildə Yaponiyanın 6 şəhərində keçiriləcək mundialda 24 komanda 4 qrupa bölünüb. Azərbaycan yığması 4-cü cəhdində C qrupunda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Trinidad və Tobaqo ilə mübarizə aparacaq. Qrupda ilk “dördlük”də yer alacaq yığmalar çıxışlarını davam etdirəcəklər. Dünya çempionatı 29 sentyabr – 20 oktyabrda keçiriləcək.

Ruhəngiz Hacızadə