Canlı
Qadın voleybolçular arasında Avropa Liqasının püşkü atılıb

2017-12-05 / 18:04

Qadın voleybolçular arasında Avropa Liqasının püşkü atılıb. 12 ölkənin mübarizə apardığı yarışda komandalar 3 qrupda qüvvəsini sınayacaq. Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna ilə bir qrupda çıxış edəcək. Oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər.

Fərid Mehdiyev