Qadın güləşçilərimiz qitə çempionatında 2 medal qazanıb
2021-03-11 12:12
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Nəticələrə əsasən qadın güləşçilərimiz qitə birinciliyində 2 medal qazanıblar. Elnurə Məmmədova 55 kq-da həlledici qarşılaşmada rumıniyalı Andrea Beatriçe Ana ilə üz-üzə gəlib. Bu görüşdə güclü rəqibi ilə bacarmayan Elnurə gümüş medalı boynundan asıb. Yığmamızın digər üzvlərindən Nigar Mirzəzadə 68 kq-da Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Nərgiz camal