Qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirəcək

2019-11-07 12:00

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirəcək. Milli komanda AVRO-2021-in seçmə qrup mərhələsində ikinci qarşılaşmasına çıxacaq. İlk oyununda İspaniyaya 0:4 hesabı ilə uduzan seçməmiz bu dəfə Çexiyanı qonaq edəcək. “Bayıl Arena”dakı görüş yığmanın ilk ev oyunu olacaq. Qarşılaşma saat 19-da başlayacaq.

Vəfa Şairova