Qadın futbolçularımız UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib.
Vüsalə Cənnətova