Qadın şahmatçılarımız Gürcüstanda yoldaşlıq görüşündə qalib gəlib
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandaya yoldaşlıq görüşündə qalib gəlib. Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq. Görüş rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.
Fərid Mehdiyev