Qadın şahmatçılarımız dünya kubokunda mübarizə aparacaqlar
2021-05-20 12:00
Beynəlxalq Şahmat Federasiyası qadınlar arasında dünya kubokuna vəsiqə qazanan oyunçuların siyahısını açıqlayıb. Turnirdə Azərbaycanın 3 şahmatçısı iştirak edəcək. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova Avropa çempionatının nəticələrinə görə, dünya kubokunda iştirak etmək hüququ qazanıblar. Turnir iyulun 10-da start götürəcək.
Vüsalə Camal