Qadının vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib
2021-02-02 12:05
Bakıda yanvarın 26-da kliniki tibbi mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib. Həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. 31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib.
Vüsalə camal