Qadını döyərək qızıl boyunbağısını oğurlayan şəxs saxlanılıb
Bakıda 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxs tərəfindən döyülərək qızıl boyunbağısı oğurlanıb. Polis əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudovu saxlayıb. Ondan marixuana aşkar edilib. Araşdırma aparılır.
Vüsalə Cənnətova

