Qabiliyyət imtahanlarının tarixləri müəyyən olunub
“Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” ixtisasları üçün qabiliyyət imtahanlarına iyunun 20-dən start veriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələri üzrə 26622, orta ixtisas təhsili müəssisələri üzrə isə 7799 abituriyent qeydiyyatdan keçib.
Vüsalə Cənnətova