Canlı
Qətlə yetirilən polis zabitləri Şəhidlər Xiyabanında torpağa tapşırılıb

2018-07-11 / 16:02

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin qarşısından başlayan mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun müavini Rüstəm Usubov, dövlət təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri, Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun nəşi Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ruhəngiz Hacızadə