Qətərdə keçiriləcək futblol üzrə dünya çempionatının xərcləri 208 milyard avro təşkil edib
Bu il Qətərdə keçiriləcək futblol üzrə dünya çempionatının xərcləri 208 milyard avro təşkil edib. İngiltərə mətbuatının xəbərinə görə, bu barədə yarışın kommunikasiya direktorluğundan bildirilib. Bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğu qeyd olunub. Mundial noyabrın 20-dən dekabrın 18-dək gerçəkləşəcək.