Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində yer alacağı səbət dəqiqləşib
2020-11-16 14:09
Azərbaycan millisinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində yer alacağı səbət dəqiqləşib. Hazırda 1175 xalla FIFA reytinqində 114-cü pillədə qərarlaşan yığma püşkatmaya 5-ci səbətdən qoşulacaq. Canni De Byazinin baş məşqçi olduğu komanda Avropa zonası üzrə reytinqdə 45-cidir. Milli yoldaşlıq matçında Sloveniya, UEFA Millətlər Liqasında isə Monteneqro ilə heç-heçələrə əsasən 4.5 xal qazana bilib. DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.
Nərgiz Camal