Qərbi Azərbaycan İcması UNESCO-nun Baş Qərargahının Parisdən çıxarılmasını tələb edir
"Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir". Qərbi Azərbaycan İcmasından bildirilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir. "Fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir", - deyə İcmadan qeyd edilib.
Nərgiz Camalzadə