Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib
Ermənidən çox erməni olmasıyla məşhur olan Samanta Pauer xüsusi “canfəşanlıq” göstərib. Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur. Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib. "Bəs, Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! ", - deyə bəyanatda qeyd edilib.
Vüsalə Cənnətova