Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib
Qərbi Azərbaycan İcması Ermənistan baş naziri Nikol Paşinyanın növbəti dəfə yalan danışdığını və Azərbaycana böhtan atdığını bildirib. 2021-2026-ci il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verdiyi vurğulanıb. "Beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur", - deyə icmanın bəyanatında bildirilib.
Vüsalə Cənnətova