Qərbi Azərbaycan İcması və “Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistanın diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyasını pisləyib. Ermənistanın mövqeyi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilib. Bəyanatda bildirilib ki, sülh prosesinin yaxınlaşdığı bir vaxtda belə yanaşmalar qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələri gücləndirir. “Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu isə diplomatların Azərbaycanın suveren ərazisinə səfərinin mübahisə mövzusu olmadığını vurğulayıb.Qeyd olunub ki, sülh prosesi revanşist qüvvələrin təzyiqinə məruz qalmamalı, mədəni irs məsələləri qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə edilməlidir.
15 sentyabr 2026

