Qərbi Azərbaycan İcması: "ABŞ regionda mənfur planlarını həyata keçirməyə çalışır"
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilmiş dinləmə regionda sülhə maneə törədir və düşmənçiliyi qızışdırır. Qərbi Azərbaycan icmasının bəyənatında qeyd edilir ki, ABŞ bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. "ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməmişdir. 907-ci düzəlişi qəbul edərək, yüz minlərlə azərbaycanlının qovulmasını dəstəkləmişdir. Sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ əslində sülhün əldə edilməsinə qarşı çıxır" - deyə bəyanatda qeyd edilir.
Lalə Nəsib