Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Gürcüstan istiqamətindən gələn nəqliyyat vasitələrini saxlayıblar
2020-08-28 18:08
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələrini saxlayıblar. Nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Fərid Mehdiyev