Qəhrəman qardaşlarımız mərdliklə vuruşaraq qələbə qazandı
2020-11-10 12:06
Qəhrəman qardaşlarımız mərdliklə vuruşaraq qələbə qazandı. Bunu Türkiyə Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində qeyd edib. "30 il əvvəl yaşanan əzablar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı. Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olur". Pis günlər bitdi, bu gün zəfər günüdür və mübarək olsun”, deyə paylaşımda bildirilib.
Vəfa Şairova