Canlı
Qəbul olunan magistrların ali təhsil müəssisəsində qeydiyyatı bu gün sona çatır

2018-07-11 / 12:03

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatı bu gün sona çatır. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər. Sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.

Vəfa Şairova