Qəbul imtahanlarının tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üçün tarix açıqlanıb.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, II və III ixtisas qrupları üzrə imtahan 24 may, I və IV qrupları üzrə isə 7 iyun tarixində keçiriləcək.Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan 7 iyun günü təşkil olunacaq. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat bu gündən başlayaraq 29 aprel tarixinədək davam edəcək.
16 mart 2026

