Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir
2021-01-17 10:05
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat 2 fevral saat 23:59-da başa çatır. DİM-dən bildirilib ki, imtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq və 3 saat davam edəcək. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda baş tutacaq. Bu imtahanın müddəti isə 1 saatdır.
Fərid Mehdiyev