"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib
Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Şimali makedoniyalı Yeton Bekiri “qırmızı-qaralar”la “1+2” illik müqavilə imzalayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsinin “Şkendiya” klubuna rəhbərlik edib.Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub. O, “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
16 sentyabr 2026

