Qəbələdə toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələnin Zarağan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəbələ sakini, 1957-ci il təvəllüdlü Mirzəhüseyin Abdukərim oğlu Cəlilov toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.