Canlı
Qəbələdə sel olub, 77 nəfərə kömək göstərilib

2018-06-13 / 12:28

Qəbələdə sel fəsadlar törədib. Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfərə müvafiq köməklik göstərilib.

Ruhəngiz Hacızadə