Qəbələdə raket hücumu nəticəsində xəsarət alan var

2020-10-22 18:04

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə hücumlarının davam etməsinə dair açıqlama yayıb. Bildirilib ki, Gəncə və Mingəçevirdən sonra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələyə doğru raketlərin atılması Ermənistanın Azərbaycan dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir. Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir. Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik