Qəbələdə qanunsuz tikili sökülüb
Qəbələ rayonunun Həmzəli kəndində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.
Fərid Mehdiyev