Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Qəbələnin Bum qəsəbəsində İmaməddin İsrafilov idarə etdiyi "Hyundai Elentra" ilə yolu keçən 1960-cı il təvəllüdlü Rəhim Abdullayevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Kürdəmirin Xırdapay kəndində isə iki "VAZ" toqquşub. Nəticədə rayon sakinləri 27 yaşlı Rəsulov Zülfüqar Mətləb oğlu və Səmədli Novruz Əmirxan oğlu müxtəlif xəsarətlər ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Bakının Binəqədi rayonunda da iki avtomobil toqquşub. 41 yaşlı İmanova Nərmin Nəzər qızı və daha iki nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.