Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
2021-03-25 18:10
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayon mərkəzində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü maşını idarə edərkən ürəyi dayanıb. Nəqliyyat vasitəsi yolun kənarında olan "VAZ 2106" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Nərgiz Camal