Canlı
Qəbələ sakini meşədə kəsdiyi ağacın altında qalıb öldü

Qəbələ sakini kəsdiyi ağacın altında qalıb. Mıxlıqovaq kənd sakini, 32 yaşlı Səbuhi Eyvazov odun tədarükü üçün irigövdəli ağacı kəsən zaman ehtiyatsızlıq edib, ağac onun başına düşüb. Ağır bədən xəsarətləri alan zərərçəkən əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra vəziyyəti ağırlaşdığı üçün təcili olaraq Bakıya göndərilib.

Vəfa Şairova