Canlı
Qızdırma dərmanı alarkən ehtiyatlı olun, mütəxəssislərin xəbərdarlığı var

2018-02-13 / 10:02

Parasetamol əsaslı dərmanların qəbulu reproduktiv funksiyaların pozulmasına və rüşeymin inkişafında problemlərə səbəb ola bilər. Bir qrup alim 18 yaşdan yuxarı 455 könüllü üzərində aparılan təcrübədən sonra bu qənaətə gəlib. Mütəxəssislərin fikrincə, hamiləlik dövründə parasetamolun qəbulu uşaqsalmaya və ya rüşeymin sinir sistemində inkişafı ilə bağlı problemlərə səbəb ola bilər. Parasetamol qızdırma salmaq funksiyasını yerinə yetirən preparat kimi geniş yayılıb.

Vəfa Şairova