2020-01-29 18:00
Ermənilər işğal altında olmuş ərazilərimizdə yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar. Milli Geologi Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, 30 il ərzində yeraltı və yerüstü sulara da ciddi ziyan vurulub. Hazırda müvafiq komissiya hər bir yatağın ayrı-ayrılıqda diaqnostikasını həyata keçirməklə qiyməyləndirmə aparır. Bununla yanaşı Xidmət rəsmisi qeyd edib ki, sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşən "Qızılbulaq" və "Dəmirli" qızıl yataqlarının istismarını hansı dövlətin həyata keçirməsi barədə məsələyə baxılacaq. Bununla bağlı hələlik heç bir qərar yoxdur. İşğaldan azad olunan ərazilərdə monitorinqlər üçün ən müasir cihazlardan ibarət səyyar laboratoriya əldə olunduğunu söyləyən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə bildirib ki, Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır.
Nərgiz camal