Qızıl zinət əşyaları oğurlayan Şəmkir sakini tutuldu
2021-03-02 12:08
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, İntiqam Yusifov saxlanılıb. Araşdırmalarla onun Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün əyləşdiyi taksinin Kürdəmir rayonunda fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib. Şübhəli şəxs istintaqa təhvil verilib.
Nərgiz camal