Canlı
Qızıl medalçıların universitetə bir imtahanla qəbul olması təklifi qəbul edilməyib

2018-12-06 / 13:54

Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verərək qəbul olunması ilə bağlı təklif yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsindən çıxarılıb. Buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub. Yenilik 9-cu bəndlə bağlı idi: "Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar".

Ruhəngiz Hacızadə