Canlı
Qızıl Avropa Liqasında Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə başlayacaq

2018-01-12 / 14:03

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında oyunlarının təqvimi dəqiqləşib. A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə başlayacaq. Voleybolçularımız ardınca müvafiq olaraq, Portuqaliya və Bolqarıstanla üz-üzə gələcək. Mayın 19-da start götürəcək qrup mərhələsi iyunun 6-da yekunlaşacaq.

Ruhəngiz Hacızadə