"Qırmızı Körpü" gömrük postunda nəqliyyat vasitəsi saxlanılıb

2019-07-09 15:30

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobilin qabaq hava yastığının içərisində gizlədilmiş 1800 ədəd siqaret, yük yerində isə hər biri 1 litr olmaqla 13 ədəd spirtli içki aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev